Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
08:30
420
Birləşmiş Krallıq Ukraynaya "Lightweight Multirole Missiles" (LMM) çoxməqsədli raketlərinin təhvil verilməsini sürətləndirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Endi Bernemin dəftərxanasının bəyanatında deyilir.
"Böyük Britaniya 45 milyon funt-sterlinq (60 milyon dollar) dəyərində HHM raketləri tədarük etməklə Ukraynaya dəstəyi gücləndirəcək", - məlumatda bildirilib. 2025-ci ilin martında Britaniya sənayesi ilə Ukrayna arasında 1,6 milyard funt-sterlinq dəyərində müqavilə bağlanıb və bu çərçivədə Kiyevə 5 mindən çox LMM raketi tədarük ediləcək.
"Açıqlanan 45 milyon funt-sterlinqlik paketdən 10 milyon funt-sterlinq dəyərində raket tədarükü Ukraynanın qış mövsümündəki ən təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün sürətləndiriləcək", - bəyanatda qeyd olunur.
Bernemin dəftərxanasının bəyanatı onun oktyabrın 14-də Londonda Vladimir Zelenski ilə planlaşdırılan görüşü ərəfəsində yayılıb.
Məryəm Quliyeva