Yasamal və Binəqədinin bəzi ərazilərində işıq olmayacaq Hadisə

Yasamal və Binəqədinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Yasamal və Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən transformator məntəqələrində təmir-təftiş və sınaq işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Binəqədi RETSİ-nin xidmət ərazisində, 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bəzi hissələrində isə saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təchizatı təmin olunacaq.