Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
08:42
455
Roma Papası XIV Lev cərrahi əməliyyat olunaraq ağciyərindəki bədxassəli şiş xaric edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə pontifiki əməliyyat edən və müalicə edən həkimlər Stefano Margaritora və Luici Karbonenin bəyanatında bildirilir.
"Təcili histoloji müayinə, əməliyyatdan əvvəlki analizlərin nəticələrinə əsasən ehtimal edildiyi kimi, ağciyər adenokarsinoması (bədxassəli şiş) diaqnozunu təsdiqlədi", - bəyanatda qeyd olunub.
Dəqiqləşdirildiyi kimi, video-assistentli cərrahiyyə üsulu ilə onun sağ ağciyərinin aşağı payı kəsilib götürülüb. 71 yaşlı pontifik ümumilikdə üç saata yaxın əməliyyat stolunda olub.
Məryəm Quliyeva