Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
08:17
483
Kiyevdə Rusiya Silahlı Qüvvələrinin energetika infrastrukturu obyektlərinə səhər saatlarında endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
"Düşmən paytaxtın bir neçə energetika infrastrukturu obyektinə zərbələr endirib. Düşmənin səhər hücumu nəticəsində paytaxtın Darnitsa rayonunda 1 nəfər xəsarət alıb. Həkimlər onu xəstəxanaya yerləşdiriblər. İlkin məlumata görə, Qoloseyevsk rayonunda 1 nəfər həlak olub. Paytaxta raket zərbələri davam edir", - deyib.
Gecə saatlarında Rusiyanın ballistik raketlə endirdiyi zərbə nəticəsində Kiyevin Desnyanski rayonunda çoxmərtəbəli yaşayış binası zədələnib, 2 nəfər həlak olub, aralarında 8 yaşlı uşaq da olmaqla 21 nəfər yaralanıb. Kliçkonun verdiyi məlumata görə, yaralılardan dördünün vəziyyəti ağırdır.
Məryəm Quliyeva