Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
08:32
441
ABŞ-də Tayvan üçün istehsal olunan altı yeni F-16 qırıcısı oktyabrın sonunadək ada ölkəsinə çatdırıla bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə adanın müdafiə naziri Qu Lisyun (Vellinqton Qu) bildirib.
"Tayvanın ABŞ-dən aldığı 66 yeni F-16V Block 70 qırıcısından altısı zavod qəbulundan keçib və konveyerdən çıxıb", - deyə o qeyd edib. Qu Lisyun "cari ayın sonuna qədər yeni tədarüklərə" ümid etdiyini bildirib. Bundan əvvəl, oktyabrın 2-də iki qırıcı Tayvana çatdırılmışdı.
Tayvan 2019-cu ildə Trampın birinci prezidentlik dövründə Vaşinqtonun təsdiqlədiyi silah tədarükü paketi çərçivəsində ABŞ-dən 66 ədəd F-16 Block 70 (həmçinin F-16V kimi tanınır) təyyarəsi alıb. Adanın ilk təyyarə partiyasını 2023-cü ildə alacağı gözlənilirdi, lakin bəzi səbəblərdən, o cümlədən COVID-19 pandemiyası səbəbindən qırıcıların təhvili vaxtında baş tutmadı. 2025-ci ildə Taybey sifariş edilən bütün təyyarələri 2026-cı ilin sonunadək alacağını gözləsə də, indi bütün sifarişlərin bu müddətdə də çatdırılmayacağı ehtimal olunur. Tayvan Amerikanın aviasiya texnikasının tədarükündə yaranan gecikmələrdən dəfələrlə narahatlıq ifadə edib.
Məryəm Quliyeva