Tramp: "İranla müharibə tezliklə bitəcək, lakin yeni addımlarımız olacaq" Dünya

Tramp: "İranla müharibə tezliklə bitəcək, lakin yeni addımlarımız olacaq"

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan etsə də, eyni zamanda İslam Respublikasına qarşı yeni addımların atıla biləcəyi ilə hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçimIərinə həsr olunmuş mitinqdə bildirib.

"Gözləyin və görün İranla nə edəcəyik. Biz onlara bir oyun oynayacağıq. Gözləyin və görün İranla nə edəcəyik. Çünki bütün bunlardan bezmişik", - deyə Amerika lideri əlavə edib. O, ABŞ-nin olası addımları barədə təfərrüat verməyib.

"Biz qələbəyə çox yaxınıq", - deyə prezident vurğulayıb. "Bu müharibə çox tezliklə başa çatacaq", - deyə o bildirib.

Tramp oktyabrın 8-də bəyan etmişdi ki, ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçimIərinə qədər İrana zərbələr endirmək niyyətində deyil.

Məryəm Quliyeva