SEPAH rəsmisi: "Ərəb ölkələri ilə birgə təhlükəsizlik paktı imzalamağa hazırıq" Gündəm

SEPAH rəsmisi: "Ərəb ölkələri ilə birgə təhlükəsizlik paktı imzalamağa hazırıq"

İran hər zaman ərəb ölkələri ilə dostluq münasibətlərinə can atıb və onlara təhlükəsizlik sahəsində sazişlər bağlamağı təklif etməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit birləşməsi) nümayəndəsi Hüseyn Mohebi bəyan edib.

"Biz hər zaman bu (ərəb) ölkələri ilə dostluğa can atmışıq. Region ölkələri öz təhlükəsizliklərini özləri təmin etməlidirlər və biz onlar ilə birgə sazişlər bağlamağa və təhlükəsizliyi regional və yerli səviyyədə təmin etməyə hazırıq", - deyə onun sözlərindən "Tasnim" agentliyi sitat gətirib.

Mohebi, həmçinin Məkkə paktının da sübut etdiyi kimi, region ölkələrinin ABŞ bazalarının "onlara heç bir fayda vermədiyini" anladıqları fikrini irəli sürüb.

Məryəm Quliyeva