Zelenski: Ukrayna ərazilərin itirilməsi ilə sülh sazişinə hazırdır
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb - FOTO
“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
ABŞ-də "Boeing 737 MAX-10"un ən böyük modifikasiyası təsdiqlənib
14:26
770
İranda mühərrikinin həcmi 2500 kub santimetrdən çox olan lüks sinif avtomobillərin idxal qaydaları sərtləşdirilə bilər. Söhbət idxalçıların xaricdə saxlanılan şəxsi vəsaitləri hesabına, rəsmi kanallarla valyuta köçürməsi etmədən avtomobil gətirməsindən gedir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Daha əvvəl hakimiyyət orqanları bu sxemin qüvvədə olma müddətini payızın sonunadək uzatmışdı. Lakin bu sahədə qərar qəbul edilməsinə cavabdeh olan qurumlar arasında həmin sxemin istifadəsi ilə bağlı fikir ayrılıqları yaranıb.
Valyuta bazarındakı qeyri-sabitlik və idxal qaydalarındakı qeyri-müəyyənlik fonunda hakimiyyət orqanları sxemin qüvvədə olma müddətini artıq oktyabrın sonunda məhdudlaşdıra bilər.
Məryəm Quliyeva