Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb Gündəm

Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb

2026-cı ilin ortalarına olan məlumata görə, Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə qədər azalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu qiymətləndirməni Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova təqdim edib, onun sözlərini "Novosti.Live" telekanalı sitat gətirir.

"Biz bir neçə gün əvvəl ilin ortasına olan əhali sayının qiymətləndirilməsi üzrə işləri yekunlaşdırdıq - 28,5 milyon. Son vaxtlar ölkədən köçənlər hesabına artıq yarım milyon insan itirmişik", - deyə o bildirib.

Bununla yanaşı, bəzi ekspertlər daha kəskin rəqəmlər səsləndiriblər. İqtisadçı Oleksiy Kuş ölkə əhalisinin sayının 20 milyona yaxınlaşdığını bəyan edib. Ukraynanın keçmiş baş naziri Mikola Azarov da TASS-a müsahibəsində eyni rəqəmi qeyd edib.

Məryəm Quliyeva