15:11
581
Düşmən tərəfindən gələn hər bir təhdid coğrafi məhdudiyyətlər olmadan İran Silahlı Qüvvələri tərəfindən dərhal və effekti cavab almalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei silahlə qüvvələrin ali komandirləri ilə görüşdə əmr verib.
"İnqilabın Ali rəhbəri qərara alıb ki, hər bir səviyyədə və növdə olan təhdid coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavabla qarşılanmalıdır", - Ali rəhbərin dəftərxanasının məlumatında deyilir.
Dəftərxananın məlumatına görə, Ali rəhbər düşmənlərə qarşı güclü müqavimət göstərmək üçün döyüş hazırlığını "maksimum çəkindirmə"nin şərti adlandırıb. Hərbi komandirlər isə öz növbəsində ölkə silahlı qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazı, Oman körfəzi rayonlarında və sərhədlərdə hazır olması, habelə döyüş sursatlarının, kəşfiyyat, dəstək və döyüş tətbiqi vasitələrinin istehsalının dəfələrlə artması barədə məruzə ediblər.
Düşmən yenidən hərbi və ya terror hücumlarına başlayarsa, müharibənin başa çatması vaxtını və şərtlərini İran silahlı qüvvələri və İran xalqı müəyyən edəcək, deyə Ali rəhbər bildirib. "Əgər düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlayarlarsa, məhz İslam Respublikasının silahlı qüvvələri və İran xalqı onların başa çatması vaxtını və şərtlərini müəyyən edəcək", - dəftərxananın məlumatında vurğulanır.
Xamenei həmçinin hədəflər bankının yenilənməsini tapşırıb ki, ABŞ və İsrailin maddi və qeyri-maddi aktivləri silahlı qüvvələrin zərbə zonasına düşsün.
Məryəm Quliyeva