16:31
301
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, AK Ukraynanın maliyyələşdirilməsi üçün götürülmüş ümumavropa kreditlərinin ödənilməsi məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını hələ də nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Kiyevə 2027-ci il üçün 45 milyard avro məbləğində yeni əvəzsiz maliyyələşdirmə proqramını təqdim edərkən açıqlama verib.
"Qeyd etmək istəyirəm ki, başqa bir imkan da var – Ukraynaya dəstək üzrə krediti ödəmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək", – deyə fon der Leyen bildirib. O, Avropa Komissiyasının bu kredit üzrə faizlərin ödənilməsi üçün "Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından əldə olunan gəlirlərdən" istifadə variantını da nəzərdən keçirdiyini bir daha təkrarlayıb. AK rəhbəri bu fikirləri Avropa kreditləri üzrə faiz dərəcələrinin artıq çox yüksək səviyyəyə çatdığı bir şəraitdə Aİ-nin borcunun artırılmasını məqsədəuyğun hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.
Məryəm Quliyeva