Honkonqda bərənin quru dokla toqquşması nəticəsində 24 nəfər yaralanıb Dünya

Honkonqda bərənin quru dokla toqquşması nəticəsində 24 nəfər yaralanıb

Honkonq sularında bərənin üzən quru dokla toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, hadisə barədə məlumat cümə günü yerli vaxtla saat 09:25-də daxil olub.

Qəza zamanı 24 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məryəm Quliyeva