26 Noyabr 13:32
26 Noyabr 13:20
08:17
224
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərində qələbəyə yaxın olduğu bir vaxtda İrana razılaşma əldə etmək üçün imkan verdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp amerikalı hərbçilərlə görüşündə bildirib.
"Qələbə artıq yaxındadır. Düzünü desəm, bu, mənim istədiyim vaxt baş verəcək", – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Ağ Ev hələ də İrana danışıqlar aparmaq imkanı təklif edir.
"Biz nəzakətli olmağa çalışırıq. Onlara sövdələşmə bağlamaq və bir çox insanın həyatını xilas etmək üçün hər cür şans veririk, lakin bundan istifadə edəcəklərinə əmin deyiləm", – deyə Amerika prezidenti qeyd edib.
Məryəm Quliyeva