26 Noyabr 13:32
26 Noyabr 13:20
08:30
252
Avropa İttifaqının (Aİ) üç ölkəsi 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində əlavə maliyyə ayrılmasını dəstəkləməyib və bu problemin həlli dekabr ayına təxirə salınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Aİ sammitinin yekun mətbuat konfransında bildirib.
"Aİ-nin 24 ölkəsi Avropa Komissiyasının Ukraynaya 45 milyard avro məbləğində əlavə maliyyə ayrılması ilə bağlı təklifini dəstəkləyib. Onlardan biri - Bolqarıstan bu maliyyələşdirmənin yalnız milli azlığının yaşadığı regionlar üçün nəzərdə tutulacaq qeyri-hərbi hissəsini dəstəkləyəcək. Biz bu məsələyə dekabr sammitində qayıdacağıq", – deyə Koşta qeyd edib.
Beləliklə, daha əvvəl bu proqramı dəstəkləməyəcəklərini bəyan edən Macarıstan, Çexiya və Slovakiya sammitdə öz mövqelərini dəyişməyiblər.
Məryəm Quliyeva