26 Noyabr 13:32
26 Noyabr 13:20
08:22
189
İranın xarici işlər naziri Abbas Əraqçi pilotsuz uçuş aparatlarının (PUA) Küveytə hücumlarını şübhəli adlandırıb və insidentin Küveyt və İtaliya hakimiyyət orqanları ilə birgə araşdırılmasına hazır olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"İnsident şübhə doğurur və müharibə üçün hazır ssenariyə bənzəyir. Biz hadisənin səbəblərinin müəyyən edilməsində Küveyt və İtaliya ilə əməkdaşlıq etməyə hazırıq", – deyə bildirib.
Əraqçi əlavə edib ki, İtaliya və Küveyt xarici işlər nazirləri ilə telefon danışıqları zamanı İtaliya vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
Məryəm Quliyeva