İranda rejimi dəyişmək mümkündürmü? Dünya
Trampın cavab verməli olduğu iki sualdan biri budur
İran "quzgunlar"ı arasında çoxdankı mif budur ki, bu ölkədə daxili siyasət yoxdur. Yalnız islamçı çalarlar var. İstənilən dünyəvi standartla, əlbəttə, bu doğrudur. Ancaq xatırlayırıq ki, biz teokratiyadan danışırıq. İslam Respublikasının liderləri bu həqiqəti kimsədən gizlətməyə çalışmırlar. O, göz qabağındadır. Gəlin bir anlıq düşünək və ümid edirəm ki, teokratiyalar – dini qanunlara əsaslanan hökumətlər, qərar qəbul edən səlahiyyətlilərin böyük hissəsini təşkil edən din xadimləri ilə birlikdə, zamanın sınağından çıxa bilməyəcək keçmişin qalığıdır.
Monolit İran siyasəti haqqında söz-söhbət heç vaxt həqiqət olmayıb. Amma İranın siyasi quruluşu, 1980-ci illərdə İraqla müharibənin sona çatdıqdan sonra istənilən vaxtdan daha sarsılmaz bir vəziyyətdədir və dünya liderləri bundan sonra nə baş verəcəyini başa düşməlidirlər. "Strateq" "Washinqton Post"a istinadən yazır ki, ötən ay ABŞ Tehranla nüvə razılaşmasından çıxdıqdan sonra İran dövləti içində müxalif qruplar arasında illərdir davam edən döyüş arxa plana keçib. İran liderləri düşmənlər qarşısında vəhdətə yetişiblər – rejimin təhdidlərə məruz qaldığı hər zaman ortaya atılan köhnə çağırışla.
Bəzi müşahidəçilər İran daxilindəki rəqib qruplar arasında bu yenilənən əməkdaşlığı İslam Respublikasının ölümünün yaxınlaşmasına səbəb ola biləcək qorxuya təpki kimi qavrayırlar; digərləri isə rejimə yeni həyat verdiyinə inanırlar. Hər iki halda, ABŞ-ın bir plan olmalıdır.
Xatırladaq ki, İran hakimiyyət orqanlarının bütün tərəflərini bir araya gətirən yalnız bir məsələ var: sistemin yaşamının nəyin bahasına olursa-olsun təmin edilməsi. Bu məsələ illərdir daxili nüfuz mübarizəsinin mərkəzində olub. Obama dövründə İranla mövcud olan yeganə müvəqqəti nailiyyət, bəlkə də, ölkənin güc strukturuna daxil olan pəncərənin açılması idi. Amma İranın daxili siyasətini qeyri-qanuni və ya qeyri-mövcud kimi ləğv etmək istəyənlər sadəcə olaraq bildiyimiz şeyləri görməməzliyə vururlar.
İran siyasətində bir-birinə güzəştə gedəcək iki düşərgə mövcuddur: biri – həyatın bütün aspektlərini nəzarət altına almaq istəyində totalitardır; digəri anlayır ki, əlçatan kommunikasiya dövründə ictimai rəyi tamamilə nəzərə almamaq qeyri-mümkündür, buna görə də, rejimin öz subyektlərinə bir şey verməsi lazımdır. Tarixində ilk dəfə olsa da, rejimin bütün tərəfləri ölümcül çatışmazlığı etiraf edirlər: insanlara istədiklərini çatdırmırlar. Bu, sonuncunun açıq bir cəmiyyətə xeyir-dua verməsi və ya könüllü şəkildə islahat keçirmək istəməsi mənası vermir. Onlar bunu etmirlər, amma başqa bir seçimin olmadığını da başa düşürlər.
Mövcud sistem daxilində islahata ümid bəsləyənlər düşünürlər ki, İslam Respublikasının dünyaya açıq və eyni zamanda, ictimai rəyə tolerant və beynəlxalq normalara uyğun olması uzun müddətli perspektivdə dünyəvi İrana gətirib çıxara bilər. Bu, rejimin mühafizəkar elementlərinin ən çox qorxduğu ssenaridir və ən yaxşı şəkildə baş verə biləcək bir şeydir.
İran prezidenti Həsən Ruhani yaxşı başa düşür ki, daxili təlatümlər olmadan dəyişikliyin baş verməsi tərəfdarları onun siyasi bazasıdır və məhz onlar iki dəfə seçilməsini təmin ediblər. O, həmçinin bilir ki, onların ümidlərini heç vaxt təmin edə bilməyəcək və şübhəsiz, həqiqətdə bundan qayğılanmır. Ruhani, əslində, İslam Respublikasının əsas fiqurlarından biri və dövlət təhlükəsizlik cihazının əsas memarıdır. Lakin Vaşinqtonla birbaşa danışıqlar aparmaq üçün kifayət qədər hazırlığa malik olan İran lideridir.
Artıq bu, köhnə hekayətdir. İndi Tramp administrasiyası İranla birbaşa ünsiyyət xəttini kəsibsə, yeni İran siyasətini yaradarkən, ayağı büdrədiyindən iki suala cavab verməlidir: İranın liderlərini islahat keçirməyə məcbur edə bilərmi? Əgər bu, mümkün deyilsə, dəyişikliyi asanlaşdırmaq üçün başqa nə edə bilər? Cavab yoxdur.
İranın ən böyük müvəffəqiyyətlərindən biri daxili müxalifətin kökünü kəsərək, dünyəviliyi qəbul edən və dini hökmranlıqdan uzaqlaşması şübhəsi olan istənilən siyasi oyunçunun oyundan kənarlaşdırılmasıdır. Bu, İranın ən yaxşı və parlaq şəxslərindən çoxunu ölkəni tərk etməyə təşviq edib; bütün sahələrdə ölkənin ən yaxşı zehinləri indi xaricdədir. İstedadlı və ixtisaslı mütəxəssislərin İrandan buraxılması təəccüblüdür. Ruhani yüksək təhsilli iranlıları xaricdəki mövqelərindən qoparıb – kapitalları ilə birlikdə – İrana sərmayə qoymaq və hətta hökumətində bəzi iş yerləri təklif etməklə bu tendensiyanı geri çevirməyə çalışıb. Amma bu planlar uğursuz olub. Mühitin digər kəsimi əsla qonaqpərvər olmadığı üçün.
1979-cu ildəki inqilabdan bəri formalaşmış böyük və zəngin, lakin parçalanmış diaspor icmalarında və yerli cəmiyyətdə İranda hakim rejiminə heç bir real alternativ yoxdur. İran - müasir dövrdə bölgədə ruhanilər tərəfindən idarə olunan ilk ölkədir və teokratik qaydanın sona çatması üzrə də tarixində ilk olacağına çox yaxşı bir şans var. Bu, yaxşı bir işarət olmalıdır. Hazırkı formada bu rejimin sayılı günləri qalır. Yəqin ki, yüzlərlə deyil, hətta onlarla gün. Beləliklə, əgər İran teokratiyasına qarşı çıxanların məqsədi onu devirməkdirsə, kimdəsə realist alternativ variantların olduğunu ümid edə bilərikmi? Seçim yoxdur.