İran nüvə silahını yarada bilməyəcək Dünya

İran nüvə silahını yarada bilməyəcək

İranda nüvə silahı yoxdur və rəsmi Tehrana kimsə mane olmasa belə, o, bu silahı yarada bilməyəcək.
Bunu "Vestnik Kavkaza" saytına açıqlamasında rusiyalı şərqşünas Vladimir Sajin deyib.
"İrana nüvə silahını yaratması üçün ən azı 5-7 il lazımdır. Bu ölkəni Şimali Koreya ilə müqayisə etmək doğru deyil. İran Yaxın Şərq çərçivəsində güclü ölkədir. 82 milyon əhaliyə, yaxşı infrastruktura, elmə, orduya sahibdir. Ona görə də bu iki ölkəni müqayisə etmək olmaz.
İranı raket və işğalla qorxutmaq gülməlidir. Ona görə ki, 82 milyonluq ölkə, sözsüz ki, qarşılıq verəcək. Bu, tamamilə fəlakətli müharibə olar.
Nikki Heyli İranı Şimali Koreya ilə müqayisə edəndə demək istəyirdi ki, ABŞ rəhbərliyi İran rəsmiləri ilə görüşməlidir. Bu baş verməyəcək, çünki İran razı olmayacaq. Ümumiyyətlə, İran indi ABŞ-la heç bir səviyyədə danışıqlar aparmayacaq. Burada antiamerika əhval-ruhiyyəsi çox yüksəkdir. Tehran aktiv şəkildə ABŞ sanksiyaları ilə mübarizəyə hazırlaşır", - o bildirib.