Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var Dünya

Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var

Türkiyənin Biləcik əyalətində avtobus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində bir nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qəza nəticəsində zərər çəkənlər Türkiyə vətəndaşlarıdır.