
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Gürcüstan Prezidenti Salome Zurabişvili özünün müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) zabiti Dmitri Lejavanı təyin edib.
Bu məlumatı Gürcüstan mətbuatı yayıb. Mətbuat Lejavanın həmçinin Gürcü Arzusu Partiyasının aktivisti olduğunu bildirib.
Zurabişvilinin bu addımı bir çox ekspertlərin etirazına səbəb olub. Onlar bu vəzifəyə Qərb təhsilli gənc zabitlərin təyin edilməsini istəyiblər.
Gürcü hərbi ekspert Paata Qiqauri yeni təyinatla razılaşmadığını deyib:
“Dmitri Lejava 1983-1994-cü illərdə DTK zabiti kimi çalışıb. O, hərbçi deyil və DTK zabitinin prezident müşaviri təyin edilməsi qəribədir. Yəqin ki, dövlət siyasəti bu cürdür. Onlar SSRİ ilə bağlı olan şəxsləri vəzifəyə qaytarmaq istəyirlər”.