
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ermənistan İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər.
Erməni KİV-ləri xəbər verir ki, tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər.
Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər.
Erməni mətbuatı yazır ki, ölkədəki orta məktəblərdə də vəziyyət acınacaqlıdır. Yerevandakı 118 orta məktəbdən 6-sı şagird çatışmazlığından bağlanıb. Faktı Ermənistanın təhsil naziri Areik Artunyan da təsdiqləyib. Nazir 1-ci sinfə gedən şagirdlərin sayının əvvəlki illərlə müqayisədə 30-35 faiz azaldığını bildirib.