ANAMA sədri: Vətən müharibəsindən sonra 270 min hektardan çox ərazi minadan təmizlənib - FOTO
Aborigen xalqların mənzil hüquqları WUF13-də müzakirə olunur
Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətində ittiham olunan şəxsə hökm oxunub
ABŞ və Britaniya XİN rəhbərləri İranı və NATO-nu müzakirə ediblər
9 Oktyabr 2019 13:47
1 610
Amerikalı respublikaçı senator Lindsi Qraham və demokrat Kris Kuns Konqresə məktub ünvanlayaraq ABŞ preidenti Donald Trampın Suriyadan Pentaqon qüvvələrini geri çəkmək qərarı ilə bağlı iclas keçirilməsini tələb edib.
Sentarolar Trampın qərarının strateji milli maraqlara qarşı ciddi təhlükə olduğunu, bu qərarın Türkiyə, İran və Rusiyanı gücləndirəcəyini və ABŞ-ın bölgədə gücünü zəiflədəcəyini bildiriblər.
Məktubda qeyd edilən YPG/PKK terror təşkilatını işarə edən “kürd ortaqlarımız” birləşməsi diqqət çəkib. Hərbi və diplomatik məsləhətçilərin prezidentin bu qərarına qarşı çıxdığı vurğulanan məktubda nəticələrini daha yaxşı anlamaq üçün Müdafiə Nazirliyi, Dövlət Departamenti və Kəşfiyyat Mərkəzinin ən yaxın zamanda bütün Konqres üzvlərinin qatılacağı gizli toplantı keçirməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Türkiyə Fərat çayının şərqində terrorçulara qarşı hərbi əməliyyat təşkil etmək üçün ABŞ qüvvələrinin bölgəni tərk etməsini tələb etmişdi. Tramp da bu tələblə razılaşmışdı.