Əcnəbi hərbçilər Suriyanı tərk etməldir - Peskov Dünya

Əcnəbi hərbçilər Suriyanı tərk etməldir - Peskov

Suriyada yalnız legitim şəkildə mövcud olan Rusiya hərbçiləridir, digər bütün əcnəbi hərbçilər ölkəni tərk etməlidir.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ hərbçilərinin Suriyada varlığı məsələsinə toxunsaq, o zaman bildirim ki, bizim mövqeyimiz yaxşı məlumdur: Suriyada legitim şəkildə mövcud olan sadəcə Rusiya hərbçiləridir, çünki məhz Suriya rəhbərliyi tərəfindən dəvət edilib”, - Peskov bildirib.
O, həmçinin Moskva və Dəməşq üçün prioritet hədəfin tam siyasi tənzimlənmədən sonra bütün əcnəbi hərbi qüvvələrin Suriyadan çıxarılması olduğunu deyib.