Postsovet elitaları və Rusiya Dünya

Postsovet elitaları və Rusiya

Avrasiya məkanında dəyişikliklər Moskvanın maraqlarını təhdid edirmi?

Postsovet ölkələrinin cavanlaşmış elitası getdikcə Moskva ilə ortaq siyasi dil tapır. Hələ də rus ucuz xammalı və rus süngüsünə əsaslanan sabitlik təminatlarından istifadə edərək, o, artıq Rusiya olmadan da cəlbedici inteqrasiya layihəsi axtarmağa çalışır.

Rusiya beynəlxalq təcriddən yayınıb, lakin hələ də geosiyasi təcrid vəziyyətindədir. Bu qəribə ziddiyyət Amerika hegemoniyasından xaotik çoxqütblülüyə keçiddə dünya nizamını sürətlə dəyişdirməyə davam edən bir sıra qlobal hadisələrin nəticəsidir. Beynəlxalq münasibətlərin bərabərlik, praqmatizm və milli maraqların qarşılıqlı hörmətinə əsaslanan yeni platformasını formalaşdıran və qəti şəkildə dəstəkləyən məhz Moskvadır.

Strateq “Stanradar”a (Rusiya) istinadən yazır ki, bu yanaşmanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox dövlətə rəğbətlə qarşılanması açıq-aydındır, lakin hərbi və hər şeydən əvvəl ABŞ-ın maliyyə gücü hələ də qorxu aşılayır və Rusiyanın alternativ mövqeyini açıq şəkildə dəstəkləməyə mane olur. Sanksiyaların fəal istifadəsi Vaşinqtonun öz hökmranlığını qorumağa nə qədər hazır olduqlarını nümayiş etdirir.

Nəticədə, Rusiya diplomatiyası, əlbəttə, güclü mövqelərini saxlayır. İstədiyiniz qədər Afrika zirvəsinə istehza ilə yanaşa bilərsiniz, amma Qara qitə ölkələrinin onlarla liderinin Soçiyə gəlməsinə cavab olaraq Qərbdə qəzəb fırtınası forumun həqiqi əhəmiyyətini göstərir. Bu gün dünya geosiyasi gündəmi yalnız Moskvanın iştirakı ilə inkişaf edir: Suriya müharibəsi, İranın nüvə proqramı, Avropanın enerji təhlükəsizliyi və ticarət müharibələri. Rusiyanı G8-ə qaytarmaq təşəbbüsü də sıfırdan yaranmayıb: son illər Qərb liderlərinin görüşlərində irəliləyiş həllərinin yoxluğu boşluğu göstərir.

Buna baxmayaraq, Rusiya BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı tez-tez tək qalır, doğrudur, ehtiyatlı Çin rəhbərliyi ilə başda olmaqla, daha çox ölkə neytral tərəfdədir. Hələ ki sanksiya tələsindən çıxmaq mümkün deyil: nə Avropa, nə də Asiya, Rusiya ilə əlaqələri bərpa etmək istəyi ilə, dollar emitenti ilə mübahisə etmək istəmir.

Nəhayət, bu, bəlkə də bizim üçün ən xoşagəlməz haldır, son illər regional geosiyasi təkliyimizi göstərir. Ortaq İttifaq evini tərk edən qonşu ölkələr ya Moskvadan uzaqlaşır, ya da Avrasiyadakı ümumi iqtisadi inteqrasiya layihələrində iştirak etmələrinə baxmayaraq, “çoxvektorlu siyasət” yürüdürlər. Nə Krım, nə də Cənubi Osetiya ilə Abxaziya heç bir postsovet dövləti tərəfindən tanınmayıb. Göründüyü kimi, hətta müttəfiq Belarus da.

Çox vaxt Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələrindəki uğursuzluqları haqqında danışmaq adətdir: səfirlik və konsulluqların fəaliyyəti əsasən protokol və təntənəli tədbirlərin hazırlanmasına həsr olunub və hökumətlərarası danışıqlar böyük kapitalın iqtisadi maraqlarının nümayəndələri tərəfindən aparılıb. “Yumşaq güc”ün köməyi ilə maraqların irəliləməsi, qonşu elitanın sədaqətini “satın alınması” üçün lazım olan ehtiyat subsidiyaları praktikası ilə tamamilə əvəz edilib. Bu gün ölkənin ən yaxın tərəfdaşlarımıza qarşı siyasəti praqmatizmə doğru sürüklənir. Doğrudur, qonşularımızın təfəkküründəki “bəxşiş verən, lakin əvəzində heç nə tələb etməyən əl” imicini silmək çətin olacaq.

Bəs MDB ölkələrinin postsovet elitaları haqqında nə demək olar, axı onlar da ümumi bürokratik xəmirdən yoğrulub, burada çox sayda biznes maraqları ola-ola Rusiyadan sürətlə və çəkinmədən uzaqlaşdılar?

Üç əsas amili müəyyənləşdirdik və təhlil etdik.

Əvvəla, postsovet bürokratiyası, gənc bürokratiyanın hazırlanması və genezisindəki fərqin nəticəsi olan “Brejnev durğunluğu” dövrünün kommunist nomenklaturası nəslini yeni interesifik münasibətlərə birləşdirən qeyri-rəsmi əlaqələrdən və ümumi nostalji xatirələrdən məntiqi yola keçib. Bir sıra postsovet respublikalarında yerli elita çox cavanlaşıb ə Qərb universitetlərinin qədim sinif otaqlarının havasında nəfəs alıb.

“Regnum” agentliyinin baş redaktoru Modest Kolerovun “Ekspert”ə verdiyi müsahibədə istehza ilə qeyd edib: “Artıq onların sərhədin o tayındakı “vəzifədaşlar”ı ilə heç bir sosial yaxınlığı yoxdur, çünki onları heç nə birləşdirmir. Ortaq xatirələri olmayacaq, birlikdə araq içməyib və qurultaylarda da birlikdə kimisə alqışlamayıblar”.

İkincisi, MDB ölkələri digər Avrasiya nəhənglərinin güclü iqtisadi təsirini hiss edirlər. 1990-cı illərin sürətlə kasıblaşmış Rusiyası postsovet elitalarına tam dəstək təklif edə bilməyib. Nəticədə, Orta Asiya bölgəsi Çinin güclü təsiri altına keçib, Şərqi Avropa və qismən Cənubi Zafqaz bölgəsi ölkələri Aİ-yə daha yaxın olub.

Nəhayət, 2000-ci illərin güclü iqtisadi sıçrayışından sonra da Rusiya inteqrasiya üçün dəyərli bir ideoloji platforma hazırlaya bilməyib və iqtisadi ittifaqların variasiyası, ilk növbədə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) o qədər yavaş və bürokratik şəkildə inkişaf edib ki, sükanı əldən buraxıb və geosiyasi rəqiblərimizin həmləsinə məruz qalıb.

Bu gün postsovet elitası özünün ilkin inkişaf – suverenliyə heyranlıqdan müstəqil siyasi və iqtisadi strategiya axtarışına qədər yol qət edərək, bir növ, “bifurksasiya nöqtəsində” donub-qalıb. Hər an “mərkəzdən qaçma” hərəkətini sürətləndirməyə hazırdır.