Poroşenko sülh istəyir Dünya

Poroşenko sülh istəyir

O, Minskdə Angela Merkel ilə görüşü zamanı bu barədə danışıqlar aparmaq niyyətindədir

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Minskdə keçiriləcək görüşdə ölkənin şərqində sülhə nail olmaq üçün danışıqlar aparmaq niyyətindədir.
APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, Poroşenko ötən gün Nikolayev şəhərində çıxışı zamanı AB-nin üç nümayəndəsi ilə birlikdə Minskə sülh barədə danışıqlar aparmaq üçün səfər edəcəyini qeyd edib.
Poroşenkonun sözlərinə görə, o, görüşdə Rusiya yönümlü silahlıların Ukraynadan çıxarılmasını tələb edəcək. "Ukrayna sülh istəyir, bütün dünya artıq münaqişələrdən yorulub", deyə o bildirib.
Qeyd edək ki, avqustun 26-da Ukrayna, Rusiya, Belarus, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin görüşü keçiriləcək.
Tədbir çərçivəsində Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü gözlənilir.