Rejim öz vətəndaşlarını amansızcasına vurur – Cefri Dünya

Rejim öz vətəndaşlarını amansızcasına vurur – Cefri

İdlibdəki 3 milyon mülki şəxs çətin şərtlər altnda yaşayır.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
“Dinc əhali Əsəd rejiminin təzyiqlərinə məruz qalır. Rejim bir daha göstərir ki, öz vətəndaşlarını düşünmür və amansız hücumlarına davam edir. Bu vəziyyəti təkcə ABŞ-ın tərtib etdiyi hesabatda deyil, digər müstəqil təşkilatlar tərəfindən hazırlanan siyahılarda da görmək olar. İdlibə humanitar yardım göstərilməlidir. Burada 21-ci əsrin ən böyük humanitar böhranı yaşanır”, - C.Cefri bildirib.