Obamanın reytinqi niyə aşağı düşür? Dünya

Obamanın reytinqi niyə aşağı düşür?

Amerikalılar da "dişsiz" xarici siyasət yürüdən qaradərili prezidentdən narazıdırlar

Cavid

"Forbes" jurnalı ABŞ prezidenti Barak Obamanı "zəif lider" adlandırıb. Respondentlərin bu dəfə Obamanı seçməmələrini əsaslandıran səbəblər var. Xatırladaq ki, ötən il də adıçəkilən jurnalın keçirdiyi sorğuda Rusiya prezidenti Putin Obamanı üstələmişdi. Amma bu seçim bir sıra kəkin tənqidi çıxışlarla qarşılanıb.
Lakin bu arada iki vacib məqamı qeyd etmək lazımdır. Birincisi, ABŞ-ın bir dövlət kimi nüfuzunu Barak Obamanın bu dövlətin başçısı olaraq malik olduğu nüfuzla eyniləşdirmək olmaz. Danılmaz bir faktdır ki, istər iqtisadi, istərsə də hərbi gücünə görə Birləşmiş Ştatlar Rusiyadan xeyli öndədir. Amma Obama öz siyasəti ilə beynəlxalq aləmdə özünü zəif tərəfdən nümayiş etdirir.
Doğrudur, daxili siyasədə o daima güc nümayiş etdirir və bununla da iqtisadiyyatın idarə edilməsini öz əlində saxlayır. Hətta Konqres hər hansı qanunvericvilik təşəbbüsünü qəbul etmədikdə, o, müxtəlif vasitələrlə prezident fərmanları və ya səlahiyyət aktları vasitəsilə olsa belə, öz təşəbbüsünün qəbul olunmasına çalışır. Hətta qanunun aliliyi Ağ Evin indiki sahibi üçün öz istəklərini həyata keçirməyə mane ola bilməyib. Obama administrasiyası ona "sərf etməyən" məhkəmə qərarlarını sadəcə görməzlikdən gəlməyi üstün tutur. Xalqa səhiyyə sığortaları veriləcəyi haqda uydurduğu yalanın iflası da prezidenti qorxutmadı. Amma ABŞ-da məlum böhran zamanı Obama siyasi cəhətdən zəiflədi, o nə islahatlar planını təqdim edə bildi, nə də iqtisadi böhrandan çıxmış ölkə iqtisadiyyatını tarazlaya bildi, üstəlik qəzəbli xalqın etibarını da itirmiş oldu.
Lakin görünür, ABŞ prezidenti üçün ən vacib məsələ öz hakimiyətini qoruyub saxlamaqdır. Bütün bu hadisələrin fonunda Obama ikinci dünya müharibəsindən bəri hakimiyyətdə olmuş ABŞ prezidentləri arasında ən az nüfuza malik şəxsə çevrilmiş oldu. Hətta politoloqların dəyərləndirmələrinə görə, Cimmi Karter xarici siyasətlə sahəsində Obamadan daha yaxşı məşğul olurdu. Diplomatlar hələ də Obamanın beynəlxalq konfranslara necə laqeyd yanaşdığını gördükdə heyrətə gəlirlər. Obamanın özünü belə aparması heç də təsadüfi deyil. Prezident Amerikanı dünyadakı ən böyük hər qüvvə hesab edir və bununla belə, öz siyasətilə ABŞ-ın dünya arenasındakı nüfuzunu Albaniya və Belçikanın nüfüzu səviyyəsinə endirməkdir.
Dünyanın supergücünün zəif xarici siyasəti və beynəlxalq münaqişələrin passiv müşahidəçisinə çevrilməsi, hətta 50-ildən çox Vaşinqtonun müttəfiqi olmuş Səudiyyə Ərəbstanın onunla açıq-aşkar münasibətlərinin kəsməsinə gətirib çıxardı. Çinin isə ABŞ-ın zəiflədiyini hiss etməsi onun yaxın qonşuları olan Yaponiya və Koreya üçün də yaxşı nəticələr vəd etmir. Ən yaxşı halda Vaşinqtonun "dünya jandarmı" rolundan imtina etdiyini düşünən Tokio və Seul dərhal nüvə ehtiyatlarının yaradılmasına başlaya bilərlər.
Beləliklə, Obamanın yeritdiyi siyasət nəinki Amerikanın rolunu heçə endirir, bütövlükdə dünyanın geosiyasi tarazlığını təhlükə altında qoyur.
Onu da bildirək ki, ABŞ prezidenti Barak Obamanın reytinqinin aşağı düşdüyünü "The New York Times" və "CBS News"un bu yaxınlarda keçirdiyi rəy sorğuları da təsdiqləyib. Sorğuya əsasən iqtisadi fəallığın artım sürətinin zəifliyi prezidentin nüfuzuna xələl gətirməkdədir. Belə ki, rəyi soruşulanların 55 faizi Ağ Evin hazırkı başçısının bu sahədə siyasətini bəyənməyib.
Nəticədə Obamaya neqativ münasibətdə olanların faizi 48-ə çatıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, Birləşmiş Ştatlarda ən prioritet daxili problem işsizlikdir.
Bundan başqa Obamanın zəifliyi son aylarda ABŞ-da qaradərililərə məlum hücumlarla da bağlanılır. "OccupyWallStreet" hadisələri yaddaşlardan silinməmiş ABŞ-da yenidən ümumxalq narazılığı baş qaldırıb. Hər şey avqustun 9-da polis əməkdaşı Darren Uilsonun 18 yaşlı afroamerikalı Maykl Braunu güllələməsilə başlayıb. Versiyalardan birinə əsasən, Braun mağaza qarət edib, daha sonra asayiş keşikçisinə hücum çəkib. Digər versiyada bildirilir ki, 18 yaşlı gənc sakitcə yolu ilə getsə də, nədənsə polisə şübhəli təsir bağışlayıb. Əslində, nə baş verdiyi məlum deyil - gənc, həqiqətən, özündə olmayıb, yoxsa polis həddindən artıq əsəbi imiş? İstənilən halda, gəncə 6 güllə vurulub - 4-ü qoluna, 2-si başına. Nəticədə, Ferqüsonun qaradərili əhalisi onların yoldaşlarının az qala qəsdən öldürüldüyü qərarına gəliblər və hadisənin ədalətli şəkildə araşdırılmasını tələb etməyə başlayıblar.
Ötən ay bu hadisə ilə bağlı yaşanan insidentlər zamanı 30-dan artıq insan həbs olunub, bir neçə nəfər yaralanıb. Qeyd edək ki, paralel olaraq Nyu-Yorkda, Filadelfiyada, Bostonda və Los-Ancelesdə də etirazçılar küçələrə çıxıblar.
Bəs, qəzəblənmiş Ferqüson sakinləri üçün ədalət nədən ibarətdir və ədalətli araşdırma ilə bağlı tələblər nədən əsl küçə döyüşlərinə çevrilib? Ayrı-ayrı şahidlərin sözlərinə görə, Ferqüsonda asayişin bərpası ilə məşğul olan polis və hərbçilərin təchizatı az qala İraq və Əfqanıstanda xidmət çəkən həmkarları ilə eyni səviyyədədir. Bundan başqa, şahidlər asayiş keşikçilərinin silahlarını mülki şəxslərə son dərəcə asanlıqla tuşladıqlarını da bildirirlər. Yeri gəlmişkən, Braunun ölümündən sonra polis daha bir 23 yaşlı qaradərilini güllələyib. Sent-Luis polisinin bildirdiyinə görə, asayiş keşikçilərinin sözügedən şəxsə qarşı silah işlətməsinin səbəbi onun polisə bıçaqla hücum etməsi və "xaotik davranışları" olub.
ABŞ liderinin özü qaradərli olmasına baxmayaraq bu ölkədə qaradərilərə aşağı səviyyəli insanlar kimi baxılır. Müxtəlif saytlarda yer alan adi statistik məlumatlarda göstərilir ki, ABŞ-da orta statistik ağdərili ailəsi orta statistik afroamerikalı ailəsindən 20 dəfə zəngindir. Qaradərili amerikalılar arasında işsizliyin səviyyəsi ağdərililərlə müqayisədə 2 dəfə çoxdur. Natamam ailələrdən olan uşaqların əksəriyyəti qaradərililərdir. Amerika həbsxanalarında qaradərili məhbusların sayı ağdərililərdən 2 dəfə artıqdır.
Politoloq Elşən Həsənovun fikrincə, Barak Obamanı zəiflədən əsas amillərdən biri də yürütdüyü xarici siyasətdir: "Xüsusilə də Yaxın və Orta Şərq, son aylarda isə Ukrayna ilə bağlı siyasəti Obamanın reytinqinin aşağı düşməsinə səbəb olub. Mən hələ ABŞ-ın özünün daxili problemlərini demirəm. Rəsmi Vaşinqtonun xarici siyasətində bir çox yanlışlıqlara yol verildi. Yaxın və Orta Şərq, Suriya məsələsində rəsmi Vaşinqtonun siyasəti fiaskoya uğradı. İŞİD-in İraqa hücumu da Obama administrasiyasının səhv siyasətinin təzahürüdür. ABŞ-ın barmağı ilə çalxalanan bu regionlarda hələ də vəziyyət gərgin olaraq qalmaqdadır. Heç kimə sirr deyil ki, bu regionlarda qanların axıdılmasında Qərbin barbaşa rolu var. "Ərəb baharı" Qərb üçün başağrısına çevrilib. İndi də bəzi Qərb siyasətçiləri, elə ABŞ-ın nüfuzlu hərbçi və politoloqları iddia edirlər ki, İŞİD kimi terror qruplaşmaları rəsmi Vaşinqton tərəfindən yaradılıb və maliyyələşdirilir. Bu kimi iddialar da Obamanın reytinqinin aşağı düşməsinə şərtləndirən amillər sırasındadır".
Politoloq Ukranya məsələləsində də ABŞ-ın birtərfli mövqe tutduğunu tənqid edib. O, bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra rəsmi Vaşinqton Kiyevə verdiyi sözün üstündə durmadı: "ABŞ bu məsələdə Ukraynaya dayaq duracağını vəd etmişdi. Sonradan isə Obama televiziya vasitəsilə çıxış edib dedi ki, Rusiya ilə müharibə aparmaq və hərbi kontingentini Ukraynaya göndərmək fikrində deyil. Yəni ABŞ bu məsələdə də Rusiyanın qabağından qaçdı. Bütün bu kimi amillər Obama administrasiyasının reytinqinə mənfi təsir göstərir".
Onu da bildirək ki, ABŞ-ın Demokratlar Partiyası noyabr ayında ABŞ Konqresinə ara seçkilərdə Senatda üstünülüyü əldə saxlamaya çalışır. "VOA Azerbaijani" xəbər verir ki, Barak Obamanın zəif reytinqi bu səylərə mane ola bilər. Ekspertlər güman edir ki, hazırda müxalif Respublikaçılar Partiyası bu seçkilərdə Konqresi və hətta Hümayəndələr Palatasını belə nəzarətə ala bilər.