
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Amerikanın hipersonik layihələrinin hərtərəfli müzakirəsi, qlobal raketdən müdafiə sisteminin yaradılması və kosmosda silahların yerləşdirilməsi, habelə bu strateji sahəni son dərəcə sabitləşdirəcək digər proqramlar olmadan, Rusiyanın hipersonik silah sistemləri ilə ABŞ-la heç bir dialoq ola bilməz, bu, bizim geri götürməyəcəyimiz əsas şərtimizdir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.
“Amerikalıların son zamanlarda “ekzotik” adlandırdıqları bir sıra yeni sistemlərimizə gəldikdə, biz, bunlar haqqında danışacağımızı istisna etmirik. Amma bu sistemləri vakuumda müzakirə etməyəcəyimizə xüsusi diqqət yetirmək istəyirəm, bunlar vəziyyətdən asılı olmayaraq, sadəcə müzakirə mövzusu deyil”, - rus diplomat qeyd edib.
Rıbakovun sözlərinə görə, bu istiqamətdə dialoqa başlamaq üçün Rusiyanın əsas şərti ABŞ-ın özünün strateji silahlara dair proqram və layihələri haqqında əsaslı bir müzakirə aparmağa razılıq verməsidir:
“Buna görə də bir daha amerikalılara deyirik ki, strateji sabitlik barədə müzakirə yalnız mürəkkəb ola bilər və bu dialoq zamanı milli təhlükəsizliyimizi təmin etmək vəzifəsi rəhbər tutulsun”.