Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib Dünya

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.
TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.
“Bölgədə sülhün, sabitliyin davam etməsi üçün kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətlərimiz fasiləsiz olaraq davam edir” - deyə açıqlamada bildirilib.