“QLOBAL SOSİALİZM” QURUCULUĞUNUN ANONSUNU VERDİ:"Ona daha çox yaxınlaşırıq" Dünya

“QLOBAL SOSİALİZM” QURUCULUĞUNUN ANONSUNU VERDİ:"Ona daha çox yaxınlaşırıq"

Yusuf Can
“Dogruhaber.com.tr”, Türkiyə, 17 may 2020-ci il


İnsanlıq üçün gələcək kimi görülən yeni siyasi düzən həm də yeni xaotik mərhələnin qapılarını açacaq.
Türkiyəli araşdırmaçı jurnalist Yusuf Can qlobal sosializmlə bağlı məqaləsində belə yazır.
Yusif Canın qənaətinə görə, dünyada baş verən böyük dəyişikliklərin böyük də səbəbləri var: “Hansı ki, əgər böyük bir dəyişiklik ediləcəksə, insanlar öncədən buna hazırlanır, insanların ağlına və hisslərinə müraciət edəcək səbəblər yaradılır.
Məsələn, 11 sentyabr hadisələrindən sonra hava limanlarından başlayaraq insanların həyatında ciddi dəyişikliklərə səbəb olacaq bir çox yeni dəyişikliklər edildi, tədbirlər görüldü.
“Dünya 11 sentyabrdan sonra əvvəlki kimi olmayacaq” deyən Bill Qeyts COVİD-19 pandemiyası ərəfəsindəki bir açıqlamasında da “Artıq heç nə əvvəlkitək olmayacaq, həyatımızda başqa yeniliklər görəcəyik” deyir.
Doğrudur, “Hər şey əvvəlki kimi olmayacaq” deyir. Ancaq hər kəs indi məsələyə öz pəncərəsindən baxır.
Bu ifadəni işlədən başqa birisi də var – Nathaniel Filip Rotşild (Qısaca, Nat), yəni, məşhur Rotşild ailəsinin vəliəhdi, indiki baron Yakop Rotşildin oğlu və 5-ci Rotşild baronu hesab ediləcək şəxs.
1971-ci il təvəllüdlü Nat təkcə ailə işlərində deyil, həm də maliyyə mərkəzlərindəki uğurları ilə tanınır. Nat Rotşild son zamanlar baş verən ardıcıl hadisələrə maraqlı şərhlər verib: “Bu gün qlobal sosializmə həyatımızdakı bir çox mühüm məqamlardan daha çox yaxınlaşırıq”.
Reallıqda “”…izm”lər və dinlər”in bu qlobalist ailə üçün elə də böyük əhəmiyyət kəsb etmədiyini hər birimiz bilirik.
Buna rəğmən, iqtisadi sistemdə kapitalizmin ustadlarından biri kimi tanınan Nat Rotşild və onun kimilərinin son zamanlar sosializmdən dəm vurmaları təsadüfi görsənmir – xüsusilə Vaşinqton və Nyu-Yorkdakı şoularda sosializmə dəvət edən gənclər və afişaları (əlbəttə, bir də onları maliyyələşdirən Corc Soros) hələ də öz xatirələrini qoruyarkən.
Bir çox iqtisadçı “Kapitalizmin sonu yaxınlaşıb” dediyi bir vaxtda, Nat Rotşild Qlobal Sosializmin yaxın olduğundan bəhs edir.
Görəsən, Nat Rotşild sosializmi bir iqtisadi model, yoxsa siyasi idarəetmə üsulu olaraq görür?
Gəlin, indi klassik sosializmin nə olduğuna nəzər salaq: “Sosializm – sosial və iqtisadi sahələrdə sosial rifahı dövlət qərarlarının gətirdiyini iddia edən, istehsal vasitələrinin üstünlüyü cəmiyyətlərə aid olan, işçilərin idarəetmədə iştirakına yönəldilən, dövlət və ticarət birliklərinin təzyiqi altında sahibkarlığı saxlamağa çalışan, təklif və təbliğatını təhsil, kənd təsərrüfatı və vergi islahatları üzərində cəmləşdirən iqtisadi və siyasi nəzəriyyədir. Sosial mülkiyyət – kooperativ müəssisələri, ümumi mülkiyyət, dövlət mülkiyyəti, yaxud da bunların qarışığı ola bilər. Sosializmin bir çox tərifi var və bu, yalnız bir təriflə məhdudlaşmır. Bu ideologiyanı müdafiə edənlər sosial mülkiyyət növləri, məhsuldar təsisatlarla birlikdə idarəetməni necə formalaşdıracaqları və sosializmin qurulmasında dövlətin rolu barədə müxtəlif fikirlər səsləndirirlər”. (Vikipediya)
İzah etdiyimiz bu idaretmə formasının Nat və onun ailəsi üçüb arzuolunan bir idarə üsulu olduğunu söyləyə bilmərik. Deməli, onlar “Qlobal Sosializm” dedikdə, nəzərdə tutduqları məsələ bir qədər fərqlidir.
Məsələn, son zamanlar “Rəqəmsal Dünya Düzəni” ifadəsi artıq real həyatda öz yerini almağa başlamışkən, yavaş-yavaş xatırladılan “Rəqəmsal Diktatorluq” modelinin də siyasi sistem olaraq insan həyatında özünü büruzə verməsi hədəflənir. Hansı ki, rəqəmsal dünyada hər kəs özünə uyğun yeri tapa bilər – işçi də, təqaüdçü də, rəhbər də, baron da…
Məşhur “Microsoft” şirkətinin də “060606” patenti ilə aldığı bir qərar var – insan bədənindəki enerji ilə “kripto mədənçilik” (gizli mədənçilik) hazırlamaq üçün alınmış patentdir. “666” rəqəminin zahiri və batini mənasını, önəmini bir kənara qoysaq, rəqəmsal dünyada da işçilər yenə bu baronların çox qazanması üçün çalışacaq və təsəvvür edilənin əksinə, rəqəmsal düzəndə “öz haqqını axtarmaq” bütövlükdə süni intellektin nəzarətində olacağı üçün bu, mümkün olmayacaq.
Xülasə, insanlıq üçün gələcək kimi görülən yeni siyasi düzən həm də yeni xaotik mərhələnin qapılarını açacaq”.