İranda Ukrayna təyyarəsinin vurulmasına görə 6 nəfər məsuliyyətə cəlb edilib Dünya

İranda Ukrayna təyyarəsinin vurulmasına görə 6 nəfər məsuliyyətə cəlb edilib

İranda Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı başladılan cinayət işi üzrə 6 nəfər məsuliyyətə cəlb edilib.
Bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu cinayət işi üzrə 70 nəfər zərərçəkən kimi tanınıb: “Hazırda cinayət işi üzrə 6 nəfər məsuliyyətə cəlb olunub ki, onlardan 3 nəfər zaminə buraxılıb, 3 nəfər isə həbsdədir”.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.