Avropa Parlamenti Fələstin dövlətini tanıdı Dünya

Avropa Parlamenti Fələstin dövlətini tanıdı

Avropa Parlamenti Fələstin dövlətinin tanınmasını dəstəkləyib. Bu barədə qəbul olunan qətnaməyə 498 deputat səs verib. Avropalı deputatlardan 88-i qətnaməyə qarşı çıxıb, 11-i isə bitərəf qalıb.
"Avropa Parlamenti prinsip etibarilə Fələstin dövlətinin tanınmasını və problemin "iki dövlətli" həllini dəstəkləyir", - bu gün qəbul olunan qətnamədə deyilir.
Avropalı deputatlar həmçinin İsrail dövlətinin təhlükəsizliyini nəzərə alaraq 1967-ci il sərhədlər çərçivəsində müstəqil və demokratik Fələstinin yaradılmasını dəstəkləyib. Avropa Parlamenti Qüdsün iki dövlətin paytaxtı olmasına tərəfdar çıxır: "İki dövlətin – İsrail və Fələstinin bir yerdə yaşaması münaqişənin nizama salınmasının tək üsuludur".