“Türkiyə Aİ-yə yalvarmayacaq“ Dünya

“Türkiyə Aİ-yə yalvarmayacaq“

Türkiyə Avropa İttifaqına (Aİ) ölkənin bu struktura qəbul edilməsi üçün yalvarmayacaq. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib: "Aİ fikirləşməsin ki, Türkiyə sonadək onun qapılarını döyəcək".
Qeyd edək ki, Türkiyənin Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.