“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
3 Mart 2021 13:13
3 290
Yanvar ayında Almaniyadakı pivəbişirmə zavodlarının pivə satışları əvvəlki aya nisbətən 27% azalıb. Bu, pivə istehsalı tarixində qeydə alınan ən böyük satış azalmasıdır.
"APA-Economics"in DPA-ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Pivəbişirənlər Birliyinin rəhbəri Holger Ayhele (Holger Eichele) bildirib.
Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, ölkədə pivə satışları 4,7 hektolitr səviyyəsində olub ki, bu da əvvəlki aya nisbətən 27% azdır. Ayhelenin sözlərinə görə, Almaniyanın pivə sənayesi üçün bu, tarixi azalmadır.
Pivə istehsalçıları əvvəllər sənayedəki problemlər barədə bildirmişdilər. Ayhele bildirib ki, Almaniyada 1 500-dən çox pivə zavodu mövcuddur, onlardan isə 1 200-ü ildə 10 hektolitrədək məhsul istehsal edən kiçik zavodlardır. Problem də məhz bu səbəbdən yaranıb. Bu pivə zavodlarının məhsulları adi mağazalarda deyil, festivallarda və ya pivə zavodunun iaşə müəssisələrində satılır.
Bu cür pivə zavodlarının məhsullarının satışı turist axınından asılıdır. Lakin koronavirus pandemiyası zamanı tətbiq olunan məhdudiyyətlər səbəbindən bu cür satış kanalları ciddi zərər görüb. Restoranlar pivəni yalnız alıb aparmağa icazə verir, festivallar keçirilmir, turizm isə yoxdur. Ayhelenin dediyinə görə, çəlləklərdəki pivənin satışları, demək olar, dayanıb.
Koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər zamanı məhsullarını sata bilməyən zavodların pivəni əksər hallarda utilizasiya edir. Bəzi pivə zavodları məhsullarını paylayır və müştərilərdən ianələr toplayır.
25 Dekabr 21:52
931
25 Dekabr 20:53
980
25 Dekabr 19:16
952