Dünyada ötən sutka koronavirusa 763 mindən çox yoluxma qeydə alınıb - ÜST Dünya

Dünyada ötən sutka koronavirusa 763 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 763 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 763 656 nəfər yeni koronavirusa yoluxub, 12 260 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 148 329 348, ölənlərin isə 3 3 128 962 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 783 375 nəfər. Siyahıda daha sonra Hindistan (17 997 267), Braziliya (14 369 423), Fransa (5 447 883), Rusiya (4 787 273), Böyük Britaniya (4 409 635), İtaliya (3 981 512), İspaniya (3 981 512), Almaniya (3 332 532) və Argentina (2 879 677) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.