

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Kamçatkada baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Kamçatka bölgəsindəki Petropavlovsk-Kamçatska şəhərindən Palanaya uçan sərnişin təyyarəsinin bu gün qəzaya uğraması və təyyarədə olan 22 sərnişin və 6 ekipaj üzvünün həlak olmasın xəbərini kədərlə öyrəndik.
Dost Rusiya xalqının kədərini paylaşır, bu faciəvi qəzada həyatını itirənlərin ailələrinə və Rusiya hökumətinə başsağlığı veririk", - deyə Türkiyə XİN bildirib.