Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb
FIFA kiberhücuma məruz qalıb, xakerlər şəxsi və iş məlumatlarına giriş əldə ediblər
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfə artıb
Azərbaycan bu il 10-dan çox ölkəyə 12 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
15 İyul 2021 08:26
4 592
Mərakeş Kral Donanmasının (MKD) Sahil Mühafizəsi bölmələri ötən bir neçə gün ərzində əsasən Qara Afrikadan olan 344 qanunsuz miqrantı xilas edib.
Bu barədə Maghreb Arabe Presse agentliyi bildirib.
Məlumatda qeyd olunub: "Aralıq dənizi və Atlantikdə fəaliyyət göstərən MKD Sahil Təhlükəsizlik bölmələri 2021-ci il 10-14 iyul tarixləri arasında ümumilikdə 344 qanunsuz miqrantı xilas edib. Bunlar əsasən Qara Afrika hissəsindən gələnlərdir".
Xilas olunanlara MKD gəmilərində ilk tibbi yardım göstərilib, sonra ən yaxın Mərakeş limanlarına aparılıb və kral jandarmeriya əməkdaşlarına təhvil verilib.