Britaniyada sutkada koronavirusa yoluxanların sayı 42 mini keçib Dünya

Britaniyada sutkada koronavirusa yoluxanların sayı 42 mini keçib

Böyük Britaniyada sutka ərzində aşkar edilən koronavirusa yeni yoluxanların sayı 42,3 min təşkil edib ki, bu da yanvarın 15-dən bəri ən yüksək göstəricidir.

Bu barədə hökumət məlumatları saytında xəbər verilib.

Koronavirus infeksiyasına yoluxma hallarının sayının səkkizinci gün 30 mindən çox olduğu qeyd edilib. Rəsmi statistikaya görə, sutka ərzində 49 ölüm hadisəsi qeydə alınıb.

Ölüm halları son 28 gün ərzində gündə təxminən 50 ölüm səviyyəsində qalır.