12:37
525
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir:
“Dəyərli həmvətənlər,
“Azərbaycan xalqının 38 il öncə başlatdığı ümumxalq hərəkatının tariximizdə özünəməxsus yeri var.
Xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinin nəticəsində 1991-ci ildə dövlət müstəqilliyimizi, 2020-ci ildə isə ərazi bütövlüyümüzü bərpa etdik.
17 noyabr tarixi Azərbaycan xalqının milli oyanış və özünəqayıdış günüdür.
Əlbəttə, müstəqilliyi qorumaq, onu qazanmaq qədər çətindir.
Bu gün dünya elə bir mərhələyə qədəm qoyub ki, ərazi bütövlüyü və suverenliyimizin tam təmin edilməsinə, işğaldan azad edilmiş ərazilərimizdə separatizmin kökünün kəsilməsinə baxmayaraq, ölkəmiz müxtəlif təhdidlərlə üzləşir.
Ona görə də həssas və geosiyasi əhəmiyyət daşıyan bölgədə yerləşməyimizi heç bir zaman diqqətdən qaçırmamalı, milli birliyimizi qorumalı və ölkəmizə qarşı təhdidləri bundan sonra da birlikdə dəf etməliyik.
Əziz Azərbaycan xalqı!
Milli Dirçəliş Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayırıq!”.
11:34
399
11:27
497
11:26
490