Husilər Səudiyyə Ərəbistanının Əbha hava limanına raket zərbəsi endirib
Fransa Silahlı Qüvvələri döyüş başlığı olmayan yeni nüvə raketini sınaqdan keçirib
Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
22 İyul 2021 08:59
4 277
Argentina vətəndaşları kişi və ya qadın cinsi göstərilməyən milli şəxsiyyət vəsiqəsi ala biləcəklər.
TASS xəbər verir ki, ölkə prezidenti Alberto Fernandez artıq cür sənədlərin ilk üç nüsxəsini sahibinə təqdim edib.
Prezident bildirib ki, ölkədə ilk dəfə olaraq cinsi ayrı seçkilik qoyulamayan sənədin verilməsinə başlanılıb: “Heç kimdən kişi və ya qadın olduğu soruşulmayacaq. Dövlət bundan narahat olmamalıdır. Kişi və ya qadın xaricində başqa kimliklər də var. Biz onlara hörmət etməliyik. Həmişə var idi, sadəcə əvvəllər gizlədilirdi. Bunu gizlətməklə milyonlarla insanı xoşbəxtlikdən məhrum edirik, onları hansısa fürsətdən məhrum edirik. Onlar da xoşbəxt olsunlar”.
Qeyd edək ki, argentinalılar sözügedən şəxsiyyət vəsiqəsində cins sütununda "F" (qadın) və ya "M" (kişi) hərfinin əvəzinə "X" seçimini edə biləcəklər. "Cinsiyyət" sütunundakı "X" işarəsi bu mənaları daşıyacaq: ikili olmayan, qeyri-müəyyən, yaxud özünü kişi və ya qadın kimi hiss etməyən şəxs.