“Taliban” İŞİD-i təhdid deyil, "baş ağrısı" adlandırdı Dünya

“Taliban” İŞİD-i təhdid deyil, "baş ağrısı" adlandırdı

Ölkənin müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini, “Taliban” sözçüsü Zabiullah Mücahidin sözlərinə görə, "İslam Dövləti" Əfqanıstan üçün heç bir təhlükə yaratmır. TOLO News kanalı ondan sitat gətirib.
Mücahidin sözlərinə görə, İŞİD Əfqanıstan xalqının dəstəyindən istifadə etmir.

Qeyd olunub ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Moskvanın bu ölkədə İslam Dövləti yaraqlılarının artan fəallığından narahat olduğunu bildirib. Zaxarova xatırladır ki, bir gün əvvəl Kabilin mərkəzindəki məsciddə 20 adamın ölümünə səbəb olan terror hücumu təşkil etmişdilər.
Cavid