Kallas: Aİ Rusiyaya qarşı 40 yeni tankeri qara siyahıya alacaq
Səfir: Son illərdə İsrailin qətiyyəti yenidən qlobal cihad qüvvələri tərəfindən ciddi sınağa çəkilir
İran XİN: Mart ayında Rusiyanın iştirakı ilə Əfqanıstanla bağlı ikinci iclas keçiriləcək
Kallas: Ukraynanın NATO üzvlüyü artıq müzakirə mövzusu deyil
Ermənistan seçkilərə xarici müdaxilənin qarşısının alınması üçün Aİ-dən yardım istəyib
7 Dekabr 2021 08:13
3 311
Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhəri üzərində vurulan raketin fraqmentlərinin bir hissəsi yaşayış sahələrinə düşüb.
Trend-in məlumatına görə, bu barədə Krallığın Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib: "Əl-Riyad üzərində ballistik raketin vurulması əməliyyatı parçaların dağılmasına səbəb olub. Onun bəzi fraqmentləri heç bir ziyan vurmadan bir sıra yaşayış sahəsinə düşüb".
Həmçinin qeyd edilib ki, Müdafiə Nazirliyi ölkə ərazisini və mülki insanları qorumaq üçün beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün zəruri tədbirləri həyata keçirəcək.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Yəməndən husilər tərəfindən Əl-Riyad istiqamətində atılan raketi vurublar.