Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən 29 yanvar saat 11.00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.