Trampın yeni İran strategiyası: Diplomatiya və bombardmanlar dayandırıldı Gündəm

Trampın yeni İran strategiyası: Diplomatiya və bombardmanlar dayandırıldı

ABŞ Prezidenti Donald Tramp fəal diplomatik addımlardan və hərbi əməliyyatlardan imtina edərək İranla münaqişənin nizamlanmasında yeni strategiyaya keçib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalının məqaləsində bildirilir.

Nəşrin qeyd etdiyinə görə, Trampın münaqişəni başa çatdırmaq istiqamətindəki əvvəlki cəhdləri, o cümlədən Tehrana ünvanlanan məhdud bombardmanlar və sərt hədələr nəticə verməyib.

Bununla əlaqədar Ağ Ev indi diqqətini gözləmə mövqeyinə yönəldir, — deyə "The Atlantic" yazır. Nəşr əlavə edir ki, yeni strategiya maliyyə sanksiyalarının və İran limanlarının dəniz blokadasının saxlanılmasını nəzərdə tutur.

Jurnal vurğulayır ki, bu planın reallaşdırılması səbir tələb edir. Trampın müşavirləri gizli şəkildə etiraf edirlər ki, kortəbii sosial media paylaşımı bütün strategiyanı poza və gərginləşdirə bilər.

Məryəm Quliyeva