14:04
434
Rusiya hərbçiləri sutka ərzində Ukraynanın hərbi aerodromlarına, yanacaq-energetika və nəqliyyat obyektlərinə zərbələr endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının əməliyyat-taktiki aviasiyası, zərbə pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələrinin patrul kateri məhv edilib, Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan hərbi aerodromlara, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinə, zərbə pilotsuz uçuş aparatlarının və onların komplektləşdirici hissələrinin saxlanıldığı yerlərə zərbələr endirilib", — deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qurumun məlumatına görə, zərbələrlə həmçinin 159 rayonda Ukrayna qüvvələrinin müvəqqəti yerləşmə məntəqələri vurulub.
Məryəm Quliyeva