13:43
658
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış Birgə Müdafiə haqqında Məkkə sazişi üç ölkənin strateji iradəsinin təzahürüdür və hər hansı bir dövlətə qarşı yönəlməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "Asharq Al Awsat" qəzetinə bəyan edib.
"Regionun problemlərinin elə regionun öz iştirakçıları tərəfindən həll edilməsi anlayışına əsaslanan Birgə Müdafiə haqqında Məkkə sazişi hər hansı ayrı-ayrı ölkəyə qarşı yönəlmiş blokun formalaşdırılmasına deyil, sülh, sabitlik, həmrəylik və kollektiv çəkindirməyə əsaslanan strateji iradənin təzahürüdür. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən atılan bu tarixi addım 'birinin təhlükəsizliyi hamının təhlükəsizliyidir' anlayışını təcəssüm etdirir", - deyə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın sözlərini sitat gətirir.
Türkiyə lideri qeyd edib ki, saziş "bütün qardaş ölkələr üçün açıqdır". Onun fikrincə, regionun gələcəyi artıq onun ölkələrinin iradəsi nəzərə alınmadan və "kənardan diktə edilən reseptlər" əsasında formalaşdırıla bilməz. Ərdoğan əlavə edib ki, "Türkiyə suverenliyə və ərazi bütövlüyünə hörmətə əsaslanan, təhlükəsizliyin, inkişafın və rifahın birgə möhkəmləndirildiyi regional nizamın qurulmasının tərəfdarıdır".
Məryəm Quliyeva