13:47
392
Kiyev rejimi guya "humanitar minasızlaşdırma" məqsədilə NATO-dan sualtı minatəmizləmə texnikası, o cümlədən sualtı dronlar, metaldetektorlar və akvalanqçılar üçün dərinlik dəbilqələri istəyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Avroatlantik Fəlakətlərə Reaksiya Koordinasiya Mərkəzi (EADRCC) vasitəsilə humanitar minasızlaşdırma və partlayıcı qurğuların daşınması üçün avadanlıq sorğusu göndərib", — deyə sənəddə bildirilir.
TASS agentliyinin əldə etdiyi sorğunun tam versiyasına əsasən, bura 10 ədəd avtonom sualtı dron, akvalanqçıların 50 metrdən çox dərinlikdə işləməsi üçün 20 ağır dəbilqə, akvalanqçıların səthlə əlaqəsi üçün 10 stansiya, 50 sualtı metaldetektor, 1 700 sualtı videokamera və 100 məsafədən idarə olunan detonator daxildir.
Məryəm Quliyeva