Rəsmilər qan verib Hadisə

Rəsmilər qan verib

Aşura günü ilə bağlı "Təzəpir" məscidində aksiya keçirilib.
Qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri də var.
Qeyd edək ki, dünən Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.
Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə keçirilib.
Aksiya saat 19-dək davam edib.