DÇ-2026 iştirakçısı olan futbolçu 25 yaşında dünyasını dəyişdi İdman

DÇ-2026 iştirakçısı olan futbolçu 25 yaşında dünyasını dəyişdi

Cənubi Afrika Respublikasının “Mamelodi Sandauns” klubunun və milli komandasının futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib.

Bu barədə Cənubi Afrika Futbolçular İttifaqı məlumat yayıb.

Bildirilib ki, Adams qısa müddət əvvəl FIFA 2026 Dünya Çempionatında ölkəsini böyük qürur, cəsarət və şərəflə təmsil edib.

Yarımmüdafiəçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Adams 2025-ci ildə “Mamelodi Sandauns”a transfer olunmuşdu. O, bu komandanın heyətində 27 oyuna çıxaraq 4 qol vurmuşdu. Bundan əvvəl isə beş il Cənubi Afrikanın “Stellenboş” klubunda çıxış etmişdi. 2025/26 mövsümündə Afrika Çempionlar Liqasının qalibi olmuşdu.

Adams hazırda davam edən dünya çempionatında Cənubi Afrika millisinin (CAR) heyətində çıxış edib. O, qrup mərhələsində komandasının keçirdiyi hər üç oyunda iştirak etsə də, 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxmayıb.

Ceyden Adams CAR-ın heyətində ümumilikdə 9 oyun keçirib və 1 qol vurub.