18:33
637
"Çelsi" futbol klubunun keçmiş sahibi Ken Beyts 94 yaşında vəfat edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kenin çətin dövrlərdə "Çelsi" uğrunda mübarizə aparmaq və komandanı qələbəyə daşımaq əzmi heç vaxt unudulmayacaq", – deyə bəyanatda bildirilir.
Qeyd edək, Beyts 1982-ci ildə "Çelsi"ni 1 funt-sterlinqə satın alıb. O, kluba 20 ildən çox müddət ərzində sahiblik edib. Həmin dövrdə komanda iki dəfə FA Kubokunu (1997, 2000), həmçinin Liqa Kubokunu (1998), Kuboklar Kubokunu (1998) və UEFA Superkubokunu (1998) qazanıb. 2003-cü ildə Beyts klubu 100 milyon funt-sterlinqə Roman Abramoviçə satıb.