Liberman bu gün Bakıya gəlir Hadisə

Liberman bu gün Bakıya gəlir

İsrailin xarici işlər naziri Aviqdor Liberman bu gün Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində A. Libermanın Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, habelə yəhudi icması ilə görüşləri nəzərdə tutulur. Səfər mayın 4-dək davam edəcək.